Türkiyədənin Bolu şəhərində Merih Demiralın heykəli ucaldılacaq.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Bolu Bələdiyyə Başçısı Tanju Özcan "bozqurd" işarəsi üçün UEFA-nın futbolçunu 2 oyunluq cəzalandırmasına reaksiya verib.
Özcan verilən cəzanı şiddətlə qınayıb və yerli futbol qurumunu da tənqid edib:
"Bu cəzanın qarşısını ala bilmədiyi üçün Futbol Federasiyasını lənətləyirəm".
Boluda "bozqurd" işarəsi göstərən Merihin heykəlini ucaldacağına da söz verən Tanju Özcan, "Avropa gəlsin məni də cəzalandırsın" deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun