Merihin heykəli ucaldılacaq

6 İyul 2024 08:30

Türkiyədə Merih Demiralın heykəl ucaldılacaq.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Bolu Bələdiyyə Başçısı Tanju Özcan "bozqurd" işarəsi üçün UEFA-nın milli futbolçunu 2 oyunluq cəzalandırılmasına reaksiya verib.

Özcan cəzanı şiddətlə qınayıb və yerli futbol qurumunu da tənqid edib: 

"Bu cəzanın qarşısını ala bilmədiyi üçün Futbol Federasiyasını lənətləyirəm".

Boluda "bozqurd" işarəsi göstərən Merihin heykəlini ucaldacağına da söz verən Tanju Özcan, "Gəlsin Avropa məni də cəzalandırsın" deyib.

Milli.Az