İrəvan Dehlidən 500 km mənzilli raket almaq istəyir

6 İyul 2024 07:05

Ermənistan "Pralay" raketlərinin alınması ilə bağlı Hindistana müraciət ünvanlayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Indian Defence Research Wing" məlumat yayıb.

Qeyd edilir ki, "Pralay" kvaziballistik, bərk yanacaqlı "yer-yer" sinifli raketdir.

Raket 150-500 km məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.

Milli.Az