Portuqaliya millisinin baş məşqçisi: Qürurla məğlub olduq

6 İyul 2024 07:14

Qürurla məğlub olduq.

Milli.Az "report"a istinadən bildirir ki, bunu Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Fransaya qarşı AVRO-2024-ün 1/4 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis rəqib komandanın qalib gəlmək üçün birlik nümayiş etdirdiyini söyləyib: "Hər iki komanda 120 dəqiqə boyunca çətinlik çəkdi. Qürurla məğlub olduq. Yaxşı oynasaq da, uduzduq, bu çox üzücüdür. Oyun ərzində biz topa daha çox sahib idik".

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/4 finalında Fransaya penaltilər seriyasında məğlub olan Portuqaliya turnirlə vidalaşıb.

Milli.Az