Qarışqalarda təəccüblü müalicə yöntəmi var imiş - Araşdırma

6 İyul 2024 06:20

Yeni bir araşdırma zamanı, qarışqaların yuvada zədələnmiş bud sümüklərini müalicə etmək üçün onu amputasiya etdikləri məlum olub.

Milli.Az lent.az-a istinadla xəbər verir ki, araşdırma zamanı yaralı qarışqaların orqanlarının hadisələrin 76 faizində yuva yoldaşları tərəfindən amputasiya olunduğu məlum olub.

İsveçrənin Lozanna Universitetində aparılan araşdırmada elm adamları bir otaqda saxladıqları qarışqaların davranışlarını araşdırıblar.

Bu zaman bud sümüyündən yaralanan qarışqaların ayaqlarının yuvadakı digər qarışqalar tərəfindən dişlənərək kəsildiyi müşahidə edilib.

Aparılan təcrübədə baldır sümüyündən yaralanan 24 qarışqanın heç birinə yuxarıdakı metodun tətbiq olunmadığını göstərib.

Araşdırmada bud sümüyündən yaralanan və amputasiya olunmayan 3 qarışqanın öldüyü, "müalicə olunan" 21 qarışqanın sağ qaldığı müşahidə edilib.

Araşdırma onu göstərib ki, qarışqalar yaranın növünü ayırd edə və müalicələrini ona uyğunlaşdıra bilirlər.

Milli.Az