İspaniya - Almaniya görüşünün ən yaxşı futbolçusu açıqlandı

5 İyul 2024 23:24

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Almaniya yığmaları arasında 1/4 final oyununun (2:1) ən yaxşı futbolçusu bəlli olub.

Milli.Az report-a istinadən bildirir ki, pireneylilərin yarımmüdafiəçisi Dani Olmo görüşün ən yaxşı oyunçusu adına layiq görülüb.

26 yaşlı futbolçu matç ərzində 1 qol, 1 assistlə yadda qalıb.

Milli.Az