Bəşər Əsədin müşaviri qəza nəticəsində öldü

5 İyul 2024 22:37

Suriya Prezidentinin müşaviri Luna əş-Şibl Dəməşq yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində yerləşdirildiyi xəstəxanada ölüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə SANA dövlət agentliyi məlumat yayıb.

Qeyd edək ki, qəza iyulun 2-də baş verib. Belə ki, əş-Şiblin olduğu avtomobil yoldan çıxaraq qəzaya düşüb. Avtomobili idarə edən sürücü sağ qalıb və nəzarətə götürülüb. Suriya prezidentinin müşaviri ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

1975-ci il təvəllüdlü, ixtisasca jurnalist olan Şibl 2020-ci ildə Bəşər Əsədin müşaviri təyin edilmişdi.

Milli.Az