Təyyarədə dava salan müğənni həbs olundu

5 İyul 2024 22:15

Qazaxıstanlı müğənni Kayrat Nurtaş təyyarədə kobud davranışına görə 15 sutka həbs edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı təyyarədə əlbəyaxa dava salıb. Kayrata qarşı xuliqanlıq və qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi qaldırılıb.

Məhkəmə onun 15 sutka həbsinə qərar verib.

Milli.Az