Ağır xəstə olan Selin Dion 4 ildən sonra konsert verəcək

5 İyul 2024 21:35

Ağır xəstəlikdən əziyyət çəkən məşhur müğənni Selin Dion 4 ildən sonra ilk dəfə konsert verəcək.

Milli.Az axşam.az-a istinadən bildirir ki, artıq bununla bağlı hazırlıqlar start götürüb. Konsert ABŞ-nin Las-Veqas şəhərində olacaq.

Əzələ sərtliyi sindromundan əziyyət çəkən ifaçı 4 illik fasilədən sonra çıxışı üçün gizli məşqlərə qatılır. "The Sun" nəşrinin məlumatına görə, S.Dion 70 dəqiqə davam edəcək şouda hitlərini səsləndirəcək. Həmçinin qeyd olunub ki, Dionun səhhətinin pisləşəcəyi təqdirdə konsertlər təxirə salına bilər.

İfaçının səsini bərpa etmək üçün son səkkiz ay ərzində mütəxəssislərlə birlikdə çalışdığı vurğulanıb.

Milli.Az