Zurabişvilidən ABŞ-ın təlimləri təxirə salmasına reaksiya

5 İyul 2024 20:43

Gürcüstan hökuməti Rusiyanın xarici agentlər haqqında qanunu qəbul etməklə Avropa yolunu təhlükəyə atdılar, indi də bizim strateji əməkdaşlığımızı təhlükə altına atırlar.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ-ın Gürcüstanla birgə hərbi təlimlərinin təxirə salınmasını şərh edərkən bildirib.

"Bu əməkdaşlıq bizim müdafiə qüvvələrimizin inkişafı və NATO standartlarına yaxınlaşmağımızın əsasını təşkil edir", - prezident vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun