Naftalan sakini balkondan yıxılıb öldü

5 İyul 2024 20:29

Naftalanda bədbəxt hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Naftalan şəhər sakini 1963-cü il təvəllüdlü Nazir İsmayılov binanın balkonundan yıxılıb.

O, başından aldığı xəsarətlərdən dünyasını dəyişib.

Hadisə yerinə prokurorluq və polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun