Azərbaycanlı aktrisa NİŞANLANDI - FOTOlar

5 İyul 2024 18:48

Azərbaycanlı aktrisa İranə Kərimova ailə qurmağa hazırlaşır.

Milli.Az xəbər verir ki, gəlin namizədi bu barədə sosial media hesabında paylaşım edib.

Bir müddət öncə İctimai Tv-də yayımlanan qalmaqallı "Gündəlik" serialındakı müəllim obrazı ilə müzakirələrə səbəb olan aktrisa Dağlar adlı bəylə ömür yollarını birləşdirməyə qərar verib.

Kərimovanın özəl günündən olan fotolara çoxsaylı bəyəni və təbriklər gəlib.

Sözügedən paylaşımı təqdim edirik:

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun