ÇL: “Neftçi”nin rəqibi müəyyənləşdi

5 İyul 2024 15:13

Qadın futbolçulardan ibarət "Neftçi" komandasının Çempionlar Liqasındakı rəqibi müəyyənləşib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mübarizəyə I mərhələdən başlayacaq son çempion II qrupda yer alıb. Siyasət Əsgərovun yetirmələri "Sent Polten"lə (Avstriya) üz-üzə gələcək. Qrupun digər cütündə "Vlajniya" (Albaniya) və "Lançxuti" (Gürcüstan) qarşılaşacaq.

Komandamız yarımfinalda qarşılaşacağı "Sent Polten"lə sentyabrın 4-də görüşəcək.

İyulun 7-də yarımfinalın qalibləri II raunda vəsiqə uğrunda mübarizə aparacaq. İlk oyun günündə uduzanlar isə III yer uğrunda münasibətlərini aydınlaşdıracaqlar.

Qrupun oyunları eyni ölkədə keçiriləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun