Nyu-Yorkda sərxoş adam avtomobilini parkın içinə sürüb: Ölənlər və yaralananlar var

5 İyul 2024 16:19

Nyu-Yorkda sərxoş adam avtomobilini parkın içinə sürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, hadisə nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.

Nyu-York şəhərinin yanğınsöndürənləri üç dəqiqə sonra hadisə yerinə çatıblar və dörd nəfəri boz rəngli "Ford F-150" pikapın altında qaldığını aşkar ediblər.

Hadisə nəticəsində iki nəfər yerindəcə ölüb, iki nəfərin vəziyyəti kritik, üç nəfərin vəziyyəti ağırdır. Daha iki nəfər həyatı üçün təhlükə olmayan xəsarətlər alıb. İlkin məlumata görə, xəstəxanaya yerləşdirilənlər arasında ana və iki azyaşlı övladı da var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun