Azərbaycanda DƏHŞƏT: Ana və körpəsi öldü

5 İyul 2024 15:49

Sabirabadda qadın doğuş zamanı, körpəsi isə bir neçə gün sonra ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə bir neçə gün əvvəl qeydə alınıb.

Rayon xəstəxanasına doğuş üçün müraciət edən Günel Vəliyeva üzərində qeysəriyyə əməliyyatı aparılıb.

G.Vəliyeva uşaq dünyaya gətirəndən sonra ölüb.

Bir neçə gündən sonra qadının dünyaya gətirdiyi körpə də dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun