Türkiyə ordusu İraqda yeni əməliyyat keçirdi - 9 terrorçu öldürüldü

5 İyul 2024 15:18

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı "Pəncə-Kilit" bölgəsində yeni əməliyyat keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının doqquz üzvü öldürülüb.

Nazirlikdən bildirilib ki, terrorçuların ərazidəki bütün sığınacaqları dağıdılacaq, şəhidlərin qanı yerdə qalmayacaq: "Mübarizəmiz əzm və qətiyyətlə davam edəcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun