Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib - FOTO

5 İyul 2024 14:57

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti keçirilib. 

Bədii rəhbər və baş dirijor, Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artistləri musiqisevərlər qarşısında çıxış ediblər. Solistlər Nərgiz Əliyeva (fleyta), Səbuhi Xəlilov (faqot), Səbinə Quliyeva (violin), Əyyub Əliyev (violonçel), Nicat Salmanov (fleyta), Aytac Kara (violin), Aydan Salamova (violin) və Məhəmmədəli Paşazadənin (klarnet) ifasında Azərbaycan və xarici bəstəkarların əsərləri səslənib. 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az