Lənkəranda yol qəzası olub, yaralılar var - FOTO

5 İyul 2024 14:16

Lənkəranda iki minik maşını toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, Lənkəran rayonunun Liman şəhəri ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Azsamand" markalı minik avtomobili "Volkswagen" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alanlar var. Yaralılar Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun