Ana doğuş zamanı, körpə sonra öldü

5 İyul 2024 14:09

Sabirabadda ana və körpəsi doğuşdan sonra ölüb.

Milli.Az lent.az-a istinadən bildirir ki, hadisə bir neçə gün əvvəl qeydə alınıb. 

Rayon xəstəxanasına doğuş üçün müraciət edən Günel Vəliyeva üzərində qeysəriyyə əməliyyatı aparılıb.

G. Vəliyeva uşaq dünyaya gətirəndən sonra ölüb. 

Bir neçə gündən qadının dünyaya gətirdiyi körpə də dünyasını dəyişib. 

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun