Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alındı

5 İyul 2024 14:00

Qırğızıstanın xüsusi xidmət orqanlarının əməkdaşları respublikada hakimiyyəti zorakılıq yolu ilə ələ keçirməyi planlaşdıran qruplaşmanı zərərsizləşdirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi yayıb. 

Bildirilir ki, sözügedən qruplaşma dövlət çevrilişinə cəhdlə yanaşı, kütləvi iğtişaşlar yolu ilə ölkədə vəziyyəti gərginləşdirməyi hədəfləyib. 

Dəstə üzvlərinin evi və və avtomobillərində aparılan axtarışlar zamanı əldəqayırma partlayıcı qurğu hazırlamaq üçün komponentlər, odlu silah, sursat, pilotsuz uçuş aparatları aşkar edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun