Rişi Sunak istefa verdi

5 İyul 2024 11:52

Böyük Britaniyanın Baş naziri Rişi Sunak istefa verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bununla bağlı müraciətini Kral III Çarlza təqdim edib.

44 yaşlı Sunak son 200 ildə Böyük Britaniyanın ən gənc hökumət başçısı olub.

Onu bu vəzifədə parlament seçkilərində qalib gələn Leyboristlər Partiyasının lideri Kir Starmer əvəz edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun