Avropa çempionu “bozqurd” işarəsi göstərib Merihə dəstək oldu - FOTO

5 İyul 2024 11:11

Serbiyada keçirilən güləş üzrə Avropa çempionatında qızıl medal qazanan  türkiyəli Alperen Berber "bozqurd" işarəsi tutub. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bununla Avstriya ilə matçda qol vurduqdan sonra eyni işarəni göstərən Merih Demirala dəstək olub. 

Onun məşhur futbolçuya dəstək olmasının səbəbi isə UEFA-nın Merih Demiralı tutduğu "bozqurd" işarəsinə görə cəzalandıracağını açıqlamasıdır. 

Qeyd edək ki, qitə futbol qurumu Merih Demiralla bağlı araşdırmalara başlayıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun