Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizlinin beynəlxalq arenada əsas rəqibi gürcü Nuqzari Surtsumiya ölü tapılıb.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Güləş Federasiyası yayıb.
2019-cu ilin dünya çempionu olan 27 yaşlı idmançının ölüm səbəbi hələlik məlum deyil.
Gürcüstan mətbuatının məlumatına görə, Surtsumiyanın meyiti Xobi şəhərindəki evində tapılıb.
Əzizli özü gürcü güləşçisinin ölümünə münasibət bildirərkən qeyd edib ki, bu barədə xəbər tutanda sarsılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun