Qənaət üçün toyu metroda etdilər

5 İyul 2024 07:30

Bruklindən olan gənc cütlük Daniel Cin və Esmi Valdez şəhər metrosunda toy ediblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "New York Post" məlumat yayıb.

Bahalı mərasim təşkil edə bilməyən cütlük pula qənaət üçün bu yolu seçib.

"Arzuladığımız mərasimi keçirmək üçün pulumuz yox idi. Ona görə də Nyu-York metrosunda toy etmək qərarına gəldim" deyə, marketinq meneceri olan 39 yaşlı Cin nəşrə bildirib.

Cütlük toylarını 20 yaxın dostu və həmin an eyni metro vaqonunda səyahət edən yad adamlarla qeyd edib. Bu mərasim onlara təxminən 3 min dollara başa gəlib.

Qeyd olunub ki, ABŞ-də bir toy mərasimi orta hesabla 35 min dollara yaxındır.

Milli.Az