İsrail qırıcıları Livanı bombaladı

5 İyul 2024 06:52

İsrail qırıcıları Livanın cənub bölgələrinə yeni silsilə zərbələr endirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onların hədəfi Hizbullah təşkilatının silahlı birləşmələrinin istifadə etdiyi infrastruktur obyektləri olub.

Zərbələr Ayt əş-Şaab və Meys əl-Cəbəl yaşayış məntəqələrinin ərazilərinə endirilib.

Milli.Az