Rusiyanın daha bir regionunda niqab qadağan olundu

5 İyul 2024 07:52

Rusiyanın Qaraçay-Çərkəz Respublikasında niqab geyinmək qadağan edilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə TASS-a Qaraçay-Çərkəz Respublikasının müftisi, Şimali Qafqaz Müsəlmanları üzrə Koordinasiya Mərkəzinin sədri İsmayıl Hacı Berdiyev məlumat verib.

"Qaraçay-Çərkəz Müftiliyi respublikada niqab taxmağı qadağan etmək qərarına gəlib, şəriətə görə, üzü tamamilə gizlədən paltar geyinmək qadağandır", - deyə Berdiyev bildirib.

Müfti qeyd edib ki, müvafiq qərar yalnız təhlükəsizlik məqsədilə verilib.

Qaraçay-Çərkəz Müsəlmanları Ruhani İdarəsi bildirib ki, qadağa müəyyən edilmiş təhlükələr aradan qaldırılana və yeni teoloji nəticəyə gəlinənə qədər müvəqqətidir.

Qeyd edək ki, bir neçə gün öncə Dağıstanda niqab qadağan olunub.

Milli.Az