Belarus İranla Aİİ-nin azad ticarət sazişini ratifikasiya etdi

5 İyul 2024 08:30

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkə parlamentinin iyunun sonunda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələri ilə İran arasında azad ticarət haqqında sazişin ratifikasiyası haqqında qəbul etdiyi qanunu imzalayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, müvafiq sənəd Belarus Milli Hüquq İnternet Portalında dərc olunub.

Minsk ümid edir ki, 2023-cü il dekabrın 25-də Sankt-Peterburqda imzalanmış sazişin həyata keçirilməsi belarus ixracatçılarına rüsumları ləğv etməklə öz məhsullarının İran bazarına tədarükünü artırmağa imkan verəcək.

2022-ci ildə Belarus və İran arasında ticarət dövriyyəsi təxminən 100 milyon dollar təşkil edib, 2023-cü ildə isə bu rəqəm daha 40% artıb.

Milli.Az