Emmadan Sevda Ələkbərzadə ilə bağlı paylaşım - FOTO

5 İyul 2024 06:14

Müğənni Elmira Ələkbərzadə (Emma) sosial şəbəkədə bacısı, Əməkdar artist Sevda Ələkbərzadə ilə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bacısının fotosunu izləyiciləri bölüşən sənətçi onun ad günü olduğunu bildirib.

O, paylaşımına "Mənim sevimli doğmam, ad günün mübarək olsun. Sənə hər şeyin ən yaxşısını və cansağlığı arzulayıram. Kiçik bacım, nə yaxşı ki, varımsan" sözlərini yazıb.

Milli.Az