Kiyev Karlsonu ələ saldı: FTX-dəki mənbəni bir də yoxla!

5 İyul 2024 00:45

Cənab Taker Karlson FTX-dəki mənbələrini daha diqqətlə yoxlamalıdır. Ukrayna prezidentinin tamam başqa qrafiki var, Taker Karlson isə orada yoxdur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenskinin mətbuat katibi Sergey Nikiforov məşhur aparıcı Taker Karlsonun "anonsu"na münasibət bildirərkən deyib.

Qeyd edək ki, Taker Karlson Ukrayna Prezidenti Vladimir Zelenski ilə müsahibənin anonsunu yayıb. Ancaq anonsda müsahibənin götürülüb-götürülmədiyi anlaşılmır.

Milli.Az