“Bozqurd” işarəsi göstərən Merih Demiral cəzalandırılıb? - YENİLƏNİB

4 İyul 2024 23:32

23:32

Merih Dəmiral UEFA tərəfindən 2 oyunluq cəza verilməsinə dair yayılan xəbərlər həqiqəti əks etdirmir.

Lent.az "NTV Spor"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, UEFA-nın Merih Dəmiralla bağlı araşdırması davam edir.

-------

23:20

Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında "bozqurd" işarəsi göstərən Türkiyə yığmasının üzvü Merih Demiralın cəzası açıqlanıb.

Milli.Az report-a istinadən bildirir ki, 26 yaşlı 2 oyunluq diskvalifikasiya olunub.

UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı.

Qeyd edək ki, "ay-ulduzlular" iyulun 6-sı, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.

Milli.Az