Tramp bunu səmimi deyir, onu dəstəkləyirəm - Putin

4 İyul 2024 22:52

Cənab Trampın prezidentliyə namizəd kimi Ukraynadakı müharibəni dayandırmaq istədiyi və buna hazır olduğunu bildirməsinə biz tam ciddi yanaşırıq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Rusiya lideri Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən sammitində mətbuat konfransı zamanı deyib.

Rusiya lideri qeyd edib ki, o, Trampın bununla bağlı təklifləri ilə tanış deyil:

"Əlbəttə ki, bu (Trampın nə təklif etdiyi - red.) əsas məsələdir, amma mən Trampın bu sözləri səmimi dediyinə şübhə etmirəm və onu dəstəkləyirəm".

Milli.Az