Parlamentdə mütləq səs çoxluğu qazanacağımız təqdirdə Ukraynaya dəstəyi davam etdirəcəyik.
Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Fransanın Milli Birlik Partiyasının sədri Marin Le Pen deyib.
O bildirib ki, buna baxmayaraq, Fransa hərbçiləri müharibəyə göndərilməyəcək.
Qeyd edək ki, 30 iyunda Fransada keçirilən növbədənkənar parlament seçkilərinin brinci turunda Milli Birlik birinci yer, Makronun koalisiyası isə 3-cü yeri tutub. İkinci tur 7 iyulda baş tutacaq.
Milli.Az