Anar Cəbrayıllı vəzifəsindən uzaqlaşdırılıb?

4 İyul 2024 17:05

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Publik Hüquqi Şəxsin mətbuat xidmətinə yeni rəhbər təyin olunub.

Milli.Az xəbər verir ki, oxu.az bu günə kimi bu vəzifəni icra edən Anar Cəbrayıllının vəzifəsindən uzaqlaşdırıldığı, yoxsa yeni təyinat alması ilə bağlı məsələni dəqiqləşdirmək üçün onunla əlaqə saxlayıb.

O, Oxu.Az-a açıqlamasında bildirdi ki, bundan sonra agentliyin tabeliyində olan digər publik hüquqi şəxsin mətbuat xidmətinə rəhbərlik edəcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun