Zelenskidən Putinə sürpriz: Masaya çağırır!

4 İyul 2024 16:57

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı ikinci sülh konfransına dəvət edilə bilər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski "Blumberq"ə müsahibəsində deyib.

O bildirib ki, əgər danışıqlar masası arxasına oturmaq imkanı olarsa, Putinin növbəti sammitə dəvət ediləcəyini istisna etmir.

Qeyd edək ki, Ukrayna ilə bağlı birinci sülh konfransı 15-16 iyunda İsveçrədə keçirilib və Rusiya tədbirə dəvət edilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun