Tanınmış jurnalistə yeni vəzifə verildi

4 İyul 2024 16:31

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan köhnə adı Azərsu ASC olan hazırkı İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin yeni mətbuat xidmətinin rəhbəri təyin olunub.

Milli.Az bakıvaxtı.az-a istinadən bildirir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, bu vəzifəyə (Vətəndaş müracitlərinin qəbulu və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri) jurnalist Ceyhun Musaoğlu təyinat alıb.

Müvafiq əmr bu gün imzalanıb.

Ceyhun Musaoğlu vəzifəsinin icrasına başlayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun