Ronaldo Merih Demirala zəng etdi

4 İyul 2024 14:46

Türkiyə yığmasının üzvü Merih Demiral AÇ-2024-ün 1/8 final mərhələsində Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra ulduz futbolçu Kriştianu Ronaldonun ona zəng etdiyini bildirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, avstriyalılarla oyunda iki qol vuran müdafiəçi Ronaldonun onu təbrik etdiyini deyib:

"Kriştianu Ronaldo zəng etdi və mənə təbriklərini çatdırdı". 

Qeyd edək ki, Merih Demiral və Kriştianu Ronaldo 2019/2021-ci illərdə birlikdə "Yuventus"da çıxış ediblər. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun