Rəvanın qızı illər sonra - VİDEO

4 İyul 2024 13:27

Müğənni Rəvan Qarayev qızlarından danışıb.

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki,  "Rəngarəng səhər" verilişində qonaq olan ifaçı illər sonra övladlarının fotolarının efirdə yayımlanmasına da icazə verib.

Rəvan övladlarının anaları ilə dost olduğunu bildirib:

"Biz dost kimi ayrılmışıq. Əlaqələrimiz var. Övladlarımla bağlı istəklər olur, ona görə danışırıq, mən o istəkləri yerinə yetirirəm. Düşmən olmağın nə adı var ki?"

Qeyd edək ki, Rəvan Qarayevin qızlarından biri ilk, digəri isə ikinci həyat yoldaşındandır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun