Kürdəmirdə "Prius" qəza törədib - Pakistan vətəndaşı öldü - FOTO

4 İyul 2024 13:23

Kürdəmir rayonunda yol qəzası olub, ölən və xəsarət alanlar var.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Ərşəli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota Prius" markalı avtomobilin sürücüsü Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı bir Pakistan vətəndaşı hadisə yerində ölüb, iki nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun