Nanə bu kanalda çalışacaq

4 İyul 2024 11:30

"Xəzər" TV artıq indidən yeni mövsüm hazırlıqlarına başlayıb. Kanalın direktoru Murad Dadaşov digər kanalların bir çox tanınmış simalarını da kanala transfer etmək üçün çalışmalara başlayıb.

Milli.Az Yenisabah.az-a istinadən xəbər verir ki, belə görüşlərdən biri də ATV kanalının tanınmış aparıcısı Nanə Ağamalıyeva ilə olub.

Məlumata görə, artıq tərəflər arasında ilkin razılaşma əldə olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun