Bulvarda it yaşlı kişiyə hücum etdi

4 İyul 2024 10:25

Astara rayonunda yerləşən bulvarda it gəzdirən şəxsə hökm oxunub.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, 1968-ci ildə Astara şəhərində anadan olmuş Elvar Hüseynov (şərti) bulvarda iti ilə gəzərkən, heyvan qəfildən Eltun Heydərlinin üzərinə hücum çəkib.

Bu zaman onlar arasında mübahisə düşüb və Elvar Eltunu söyüb.

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 30 manat məbləğində cərimə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun