30 ildən çox məhkumluq həyatı yaşayan sakindən tapança götürüldü

4 İyul 2024 09:15

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə görə 30 ildən artıq məhkumluq həyatı yaşayan Nazim Muradov saxlanılıb.

Bu barədə Milli.Az-a DİN-in Mətbuat xidmətindən bildirilib.

Onun üzərinə baxış zamanı "Makarov" markalı tapança, patron darağı və 4 ədəd patron aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun