Çin gəmiləri Yaponiyanın su sərhədini pozdu

4 İyul 2024 08:38

Çinin sahil mühafizə gəmiləri Yaponiyanın su sərhədini pozub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sahil mühafizə gəmilərinin Şərqi Çin dənizindəki mübahisəli Senkaku arxipelaqı ətrafındakı sərhədi pozduğu bildirilir.

Okinava əyalətinin Naha rayonunda yerləşən 11-ci Region Sahil Mühafizəsi Qərargahı məsələ ilə bağlı bəyanat yayıb. Qeyd olunub ki, Çinə məxsus 3 sahil mühafizə gəmisi Yaponiyanın ərazi sularını pozub.

Bildirilib ki, Yaponiya Sahil Mühafizəsinin xəbərdarlığından sonra gəmilər ərazini tərk edib. 

Milli.Az