Poroşenkonun “Roşen”i əlindən alındı

4 İyul 2024 10:06

Məhkəmənin qərarının icrası çərçivəsində Rusiya Federasiyasının Dövlət Agentliyi Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkoya məxsus "Roşen" qənnadı fabrikinin səhmlərini dövlətə keçirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bunu Agentliyin departament direktoru Dmitri Aristov deyib.

"Lipetsk qənnadı fabrikinin "Roşen" ASC-nin səhmləri Rusiya Federasiyasının gəlir sektoruna verilib", - Aristov bildirib.

Onun sözlərinə görə, "Ural" avtotekstil fabriki, "Sürtünməyə və istiliyə davamlı materiallar zavodu" QSC-nin payları ilə bağlı da analoji addımlar atılıb.

O da qeyd edilib ki, bu şirkətlər bir neçə ildir Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun