Ermənilər İrəvanda Kuba vətəndaşını döyüb öldürdü

3 İyul 2024 23:42

İrəvanda döyülən və 25 iyunda xəstəxanaya yerləşdirilən 39 yaşlı Kuba vətəndaşı Enrike Amauris Ramirez Torres ölüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə erməni mediası yazıb.

Bildirilib ki, Kuba vətəndaşı elə xəstəxanaya yerləşdirilən gün ölüb, ancaq bu barədə məlumat mediadan gizlədilib.

Faktla bağlı cinayət işi açılıb.

Milli.Az