"Ben bu cihana sığmazam"ın aktyoru evləndi - YENİLƏNİB - FOTO

3 İyul 2024 22:43

Türkiyəli aktyor Kərəm Kupacı ailə qurub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor vəkil sevgilisi Ece Ceyhanlı ilə nikah masasına əyləşib.

Cütlüyün toyu Sədəf Adasında baş tutub.

Mərasimdən görüntülər sosial şəbəkədə paylaşılıb.

-------

11:00

Türkiyəli aktyor Kerem Kupacı evlənir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor bu gün uzun müddətdir eşq yaşadığı sevgilisi Ece Ceyhanlı ilə nikah masasına əyləşəcək. Mərasim İstanbulda keçiriləcək.

Qeyd edək ki, Kerem "Ruhsar", "Hayat bilgisi", "Kırgın çiçekler", "Ben bu cihana sığmazam", "Kısmet" kimi məşhur seriallarda rol alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun