Rusiyada güclü partlayış oldu

3 İyul 2024 19:40

Rusiyanın Sverdlovsk vilayətində kimyəvi maddələr olan anbar yanır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.

Məlumata görə, alov kimyəvi maddələr, reagentlər və gübrələr istehsal edən "Petronit" şirkətinin anbarını bürüyüb. Yanğın zamanı bir neçə partlayış səsi eşidilib.

Zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir.

 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun