Bakı NATO sammitinə dəvət aldı - Moskvadan reaksiya

3 İyul 2024 17:49

Qərb Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etməklə, onları Rusiya ilə əməkdaşlıqdan qoparmaq istəyir. Onların reseptlərinin Qafqazda tətbiq edilməsi regionda yeni bölücü xətlərin yaranmasına gətirib çıxarır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin deyib.

"Amerikalıların öz dağıdıcı təsirlərini dünyanın bütün regionlarına yaymaq cəhdlərinin daha bir nümunəsi budur. Vaşinqton Avropadakı zəif iradəli əlaltılarının qarşısına dostlarımızı və qonşularımızı Rusiya ilə əməkdaşlıqdan uzaqlaşdırmaq vəzifəsini qoyur. Avroatlantiklərin regionun xüsusiyyətlərini dərk etməkdən uzaq olan reseptlərini tətbiq etmələri Cənubi Qafqazda yeni bölücü xətlərin yaranmasına gətirib çıxarır. Və bu, təkcə region üçün deyil, bütövlükdə Avrasiya təhlükəsizliyi üçün də dağıdıcı nəticələrə səbəb olacaqdır. Ümid edirik ki, Bakı və İrəvan bunu yaxşı başa düşür", - o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun