Yeddinci sinif şagirdi vəfat etdi - FOTO

3 İyul 2024 17:14

Şəmkir şəhəri Məhəmməd Füzuli adına tam orta məktəb-liseyin 7A sinif şagirdi İntizam Quliyev vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məktəbin sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, şagird uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun