“Kamera Musiqisi Axşamı” keçirilib - FOTO

3 İyul 2024 15:05

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində "Kamera Musiqisi Axşamı" keçirilib.

Respublika və beynəlxalq müsabiqələr laureatları Qəmər Kərimli (violin), Nicat Feyziyev (violin), Georgiy İmanov (violonçel), Çolpon Amanjolova (viola), Nərmin Rzayeva (piano) və Mirxalid Məmmədzadə (fleyta) musiqisevərlər qarşısında çıxış ediblər.

Konsertdə  A.Dvořákın 2 nömrəli piano kvinteti (A-dur, op.81) və W.A.Mozartın fleyta, violin və violonçel üçün 1 nömrəli kvarteti (D-dur, K.285) səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az