Azərbaycanda 900 min manata GƏMİ SATILIR

3 İyul 2024 13:48

Azərbaycanda gəmi hərraca çıxarılır və ilkin qiymət 900 min manat təyin edilib.

Milli.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 23 və 30 iyul tarixlərində hərrac keçirəcək.

Hərraclara 4 səhmdar cəmiyyətinin səhm paketi, 34 nəqliyyat vasitəsi və müxtəlif növ avadanlıqlar çıxarılacaq.

23 iyul tarixində keçiriləcək hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, xidmət sahələrinə aiddir. Səhmdar cəmiyyətlərinin 30-44 faizlik səhm paketi özəlləşdirilməyə çıxarılıb.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. Onların sırasında gəmi də var. İlkin qiyməti 900 000 manat olan "B-98" layihəli "Vixr" tipli gəmi alıcılara təklif olunur. Hərraca çıxarılan avtomobillərin istehsal tarixi 1993-2019-cu illər arasında dəyişir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun